Powered by Blogger.

Friday, April 3, 2015

31 Mart Azərbaycanlılarının Soyqırım Günüdür

1998-ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırım günü kimi qeyd edilir.Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində  baş vermiş faciəli hadisələrlə milli yaddaşın təzahürüdür.Azərbaycanlıların kütləvi şəkildə qərğını XX əsr tarixinin ən faciəli və dəhşətli səhifəlarindəndir.                                                                        "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər.Ermənilərin Bakıdan başlanan vəhşiliklləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi.Minlərlə yaşayış yerləri yerlə-yeksan edildi,milərlə azərbaycanlı günahsız yerə qətlə yetirildi.