Powered by Blogger.

Monday, March 16, 2015

Sağlam həyat tərzi.

Böyük Azərbaycan  maarifpərvəri  Həsən bəy Zərrdabi deyirdi :"HƏR kəs xoşbəxt olmaq istəyirsə , həmişə gərək salamat olmaqa çalışsın.
Çünki xoşbəxtlik mal dövlət ilə deyil, bədənin sağlamlığı ilədir.Həzm etməyən  mədəyə  yara düşən ciyərə mal dövlətdən nə fayda ?"
Böyük Azərbaycan şairi Nizami Gəncəvinin belə bir beyti var.
Bədən_- sağlam olsa saf saf olar söz də
Süst adam Süst olar. bədəndə sözdə.
Sağlamlıq haqqında bir çox aforizmlər atalar sözləri hekayələr var,bu da onu göstərir ki ,sağlamlıq insan həyatı üçün vacib və labüddür.Sağlam olmaq üçün insan bir çox vacib amillərə əməl etməlidir.
 Bunlara  Sağlam qidalanma,gigiyenik qaydalara əməl etmək ,zərərli vərdişlərdən çəkinmək,xəstəliklərdən qorunma qaydalarina əməl etmək daxildir.Bütün bünları şagirdlərə aşılamaq hər bir müəlimin borcudur.
Deyirlər ki.sağlam olmağın birinci şərti  sağlam həyat tərzidir,Sağlam həyat tərzi necə olur?
Bəzi uşaqlar küçədə ayaqüstü qida qəbul etməyi vərdişə çevirmişlər.Amma küçədə ayaqüstü qidalanmaq orqanizm üçün zərərlidir.Nəzərə almaq lazimdir ki,vaxtı keçmiş şirniyyat və qənnadi məmulatlari,ərzaq məhsullari insanın zəhərlənməsinə,yaxud onun həzm  orqanlarinin xəstəliklərinə səbəb ola bilər.Təzə və faydalı qidalar qəbul etmək lazımdır.Ona görə də ərzaq alarkən onun son istifadə tarixinə baxmaq vacibdir.Qutunun,paketin üzərində ərzaqların yararllıq müddəti yazılıt.Köhnəlmiş ərzaq insanin orqanizminə ziyan vurur.Çünki köhnələndə ərzağın tərkibində orqanizm üçün zərərli maddələr əmələ gəlir.Bu dərman vasitələrinə də aiddir.Vaxtı ötmüş dərmanlar xəstəlik sağaltmaq əvəzinə onu daha da ağirlaşdıra bilər.Qida rejiminə əməl etmək,yani gündə ən azı üç dəfə stol arxasında əyləşib normal qidalanmaq  sağlamlığın vacib şərtlərindəndir.Bəzi uşaqlar gecədən xeyli keçənə qədər oyax qalir televizora baxmağa, yaxud komputer arxasinda əyləşməyə vərdiş etmişlər.Saatlarla hərəkətsiz oturmaq da insanın sağlamlığına çox ziyan vurur.Yuxu rejiminin pozulmasi isə orqanizimin yuxuya olan ehtiyacının  ödənməsinə mane olur.
İnsanin pis vərdişləri ona ziyan vurur.Amma çoxlari bilmir ki,onlarin pis vərdişləri yalniz onların özünə deyil,ətrafdakılara da zərər verir.Məsələn, gigiyena qaydalarina əməl etmədikdə asanliqla yoluxucu xəstəliklərə tutulmaq olur.Yolxucu xəstəliyə tutulmuş bir nəfərin ictimai yerlərdə olmasi isə onlarla sağlam adamin xəstələnməsinə şərait yaradir.

Payız vəqış aylarinda nazik geyinmək,dondurmayemək,soyuq su içmək angina və qrip kimi yoluxucu xəstəliklərə səbəb ola bilər.Soyuq havalarda yuyunub bayıra çıxmaq da soyuqdəymə ilə nəticələnə bilər.
Soyuqdəymə orqanizmin müqavimətini aşağı salır.Orqanizmin müqaviməti zəifləyəndə isə insan xəstəliklərə asanliqla yoluxur.Məsələn,elə insanlar var ki,onlar qriplə tez-tez xəstələnirlər.Elələri də var ki,onlar çox nadir hallarda bu xəstəliyə yoluxurlar.Bu o deməkdir ki, həmin insanların orqanizminin yoluxucu xəstəliklərə qarşı  müqaviməti  güclüdür .orqanizmin müqavimətini artırmaq sağlamlığın əsas şərtlərindən biridir. bundan ötrü  bədənin  möhkəmləsinin qayğısına qalmaq lazımdır.Kiçik yaşlarindan günə səhər gimnastikası ilə başlamığı vərdiş etmək faydalidir.Bu ,insanin iş qabiliyyətini artirir.
Sağlam həyat tərzinin çox yeməmək. yuxu rejiminə, şəxsi gigiyenaya əməl etmək ,orqanizmi  möhkəmləndirməkdən başqa da şərtləri vardir.Bunlar məişətdə,küçədə ehtiyatlı davranmaqla, təbii fəlakətlər və texnogen qəzalar zamani davranış qaydalari ilə bağlıdır.İnsanlar məişıtdə işlədilən qaz və elektrik avadanliqlarından,kəsici alətlərdən istifadə qaydalarina ,yol hərəkəti və nəqliyyatda davraniş qaydalariona, yol hərəkəti və nəqliyyatda daveranış qaydalarina mütləq əməl etməlidirlər.

0 comments:

Post a Comment