Powered by Blogger.

Wednesday, March 25, 2015

Rasional qidalanma

Qidanin insan həyatında roluna ,əhəmiyyətinə dair təsəvvürlərin inkişaf etdirilməsi, rasional və üstunlükləri barədə  təsəvvürlərin  inkişaf etdirilməsiş.mükəmməl  qidalanmanın vacibliyi qidalanma rejiminin  zəruriliyi barədə inamın formalaşması.
Əsas qida  məhsulları barədə təsəvvürlərin aktuallaşdırılması. rasional qidalanma və ony=un  prinsiplərinə əməl edilməsinin üstünləkləri barədə təsəvvirlərin inkisaf etdirilməsi,qida rejiminə əməl edilməsi,vərdişlərinin möhkəmləndirilməsi
Ləvazimatlar:topvə yumuşaq oyuncaq vərəqlər ,flamasterlər,"İnsan nə yeyirsə,özü də odur.",plakatı ,"rasional qidalanma cədvəli"
Şagirdlər deyilənləri xüsüsi vurğulayib lövhədə dairənin mərkəzində"İnsan nə yeyirsə özü də podur"plakatı bərkidilir
İştrakçılar topu bir-birinmə ötürərək brelə bir suali cavablandirirlar."İnsanlar nə üçün yeyirlər?".Nəticə hasil edilirki ərzaq məhsullarinda əsas qida maddələri var:zülallar,yağlar,karbohidratlar,vitaminlər,minerallarvə maye.Bu maddələr insan bə\dəni üçün "tikinti materiali,enerji mənbəyi olmaq yanaşı,həmdə ,imunitetin bədəni müqavimeti gücləndirir.Bu işdə rasional qidalanma cədvəlindən istifade edilir.
"rasionalqidalanma"cədvəli
Əsas qida maddələri(ƏQM)
Əsas qida maddə rolu,əhəmiyyəti
Tərkibində qida maddələri olan ərzaq növləri
Şagirdlər aclığın və ya qidanin  tərkibində əsas qida maddələrinin olmaması  insan üçün nə üçün təhlükəli olduğunu (yeməksiz insan bir aydan sonra.  susuz isə bir həftədən sonra  həlak olur)müzakirə edirlər.Həddindən artyıq yeməyin ziyanı?(əgər qidalanma enerji qida ilə daxil olduqundan az sərf olunarsa .insanda piylənmə baş verər) .Şagirdlər 4 qrupa ayrılaraq hər 1 komanda  1 vərəq və flamesterv alaraq həftənin 7 günü  üçün birinci-səhər , 2 -ci günorta. 3-cü axşamüstü və 4-cü axşam və şam yeməkləri olmaqla 7 variantda siyahı menyu tərtib edirlər . həftəninin menyusu tərtib olunur.
Şagirdlər qruplara ayrılkaraq  həddindən artıq yeməyin ziyanı haqqında
şirniyyatdan çox istifadənin zərəri haqqında
 keyfiyyətsiz  və çirklənmiş məhsullardan istifadənin ziyanı
 natamam və yeknəsəq  qidalanmanın ziyanı barədə danışırlar.

Biz və bizim vərdişlərimiz (şəxsi gigiyena qaydaları)

Məqsəd:.Şəxsi gigiyena qaydaları  vərdişlərinin möhkəmləndirilməsi və təmizliyin .səliqəliliyin üstünlükləri barədə inamın qüvvətləndiriliməsi.
Vəzifələr:Gİgiyena haqqında təsəvvürlərin aktuallaçdırılması;şəxsigigiyena qaydalarına riayət edilməsinin zəruriliyinə inam;öz gigiyena vərdişlərinin dərk edilməsi və korreksiyası.
Ləvəzimat:Top və yumşaq oyuncaq, iki vərəq və flamasterlər.
Mənim əhvalimin rəngi tapşırığı.Sonra mən iştirakılara rənglənmiş "Mənim işçi" həftəm blanklarinin döşəməyə düzülərək müqayisə edilməsini təklif edir.Ən çox və ən az"Yüklənmiş" iştirakçılar müəyyənləşdirilir və onlar öz gün rejimlər barədə danışırlar
Arzu edənlər həftə ərzində öz güclərini necə bolüşdürdüklərini danışa bilərlər.Diqqət iştirakçıların gün rejimində olan  ümumiliklərə cəlb edilir .qeyd edilirb,ki onlar arsında şoxlu eyni vəzifələr və vərdişlər mövcuddur və bu səbəbdən  zəruriyət olduqda onlar bir birinə dəstək verə bilərlər.
Şagirdlər diqqətini vərdiş üzrə  yerinə yetirilən  .şəxsi gigiyena qaydalarına yönəldir.Şagirdlər dirə üzrə topu bir-birinə  ötürə-ötüeə "Gigiyena .............. deməkdir" ifadəsini  davam etdirirlər.
Hamı belə suallar üzərində düçünür: Nə ü.ün bütün insanlar ın gigiyenik vərdişləri var?
Gigiyena yalnız insanlardamı var?
Nə üçün bütün  canlıların gigiyenaya əməl etməsi zəruridir? Şagirdlər qruplara ayrılaraq "İdeyalar aüksionu "keçirirlər:Komandalar  növbə ilə bir şəxsi gigiyena qaydası söyləyir. Axırıncı düz cavab verən  komanda qalib gəlir. Sonra hər bir komanda bir vərəq alır və burada  daha tez -tez reklam edilən gfigiyena vasitələrinin adını yazaraq müzakirə aparırlar ,tövsüyyə olunan əlavələr daxil edilir.təkrarılar silinir və şəxsi gigiyena qaydalarının vahid siyahısı tərtib olunur.Alınan siyahı dairənin ortasına bərkidilir. .Şagirdlərə təklif olunur ki,insanlar  nə üçün bu qədər çoxlu gigiyena vasitələrinin lazım olduğunu müzakirə etsinlər.Şagirdlərin diqqətini ona yönəltmək lazımdır ki,şəxsi gigiyena qaydalarına əməl etnməyənlər çox zaman işlərində də  məsuliyyətsiz olurlar.Şagirdlərə təklif olunur ki.insanların gigiyenik vərdişlərinin  nədən asılı olduğu barədə  fikirləşsinlər(ənənələrdən , tərbiyədən vəs).Şagirdlər  topu bir -birinə ötürərək "Gigiyena ona görə vacibdir ki................) ifadəsini tamamlayırlar.
Şagirdlərə tapşırılır ki. evdə müzakirə edilsin ki. ailədə  bütün zəruri  gigyena qaydalarına  əməl edilirmi?

Wednesday, March 18, 2015

Elektron oyunlar

Sağlam bədəndə sağlam ruh olar.

Biz bu dərsdən öyrəndik ki .sağlam bədəndə sağlam ruh olar.Eyni zamanda biz başa düşdük ki,sağlam olmaq üçün zərərli vərdişlərdən uzaq olmaq lazımdır,düzgün qidalanmaya əməl etməliyik .mövsümə uyğun geyinməliyik,normal istirahət etməli ,gün rejiminə əməl etməli .bilik əldə etməli ,vaxtı vaxtında peyvəndlərimizi etməli ,saqlamlığımızı qoruyanlarla əməkdaşlıq etməliyik ,sahibsiz küçə heyvanlarından uzaq durmalıyıq .Sağlam qidalanma dedikdə orqanizmin imki.şafına komək edən zülallardan istifadə etməliyik ,hansı ki ət balıq və süd məhsullarından .yağlar və karbo hidtratlardan -enerji mənbəsidir 2 dəfədən az olmayaraq istifadə etməliyik .Çörək və yarmalar 4 dəfədən az olmayaraq qəbul etməliyik. Vitamin və minerallardan istifadə etçməliyik immuniteti qüvvətləndirir ,meyvə və tərəvəzlər 4 dəfədən az olmayaraq .Maye içməliyik  -orqanizmin hüceyrələrin və qanın  tərkib hissəsidir .Biz buvərdişlərə əməl etsək sağlamliğimizi qorumuş olarıq.

http://www.psixotest.az/?smode=article_view&item=82

Sağlamlığımızı qoruyaq

Sağlamlığımızı qorumaq üçün sağlam qidalanm qaydalarına əməl etmək .idmanla məşğul olmaq  mv!sümə üyğün geyinmək .xəstəliklərdən qorunmaq qaydalarını bilmək .zərərli vərdişlərdən uzaq durmaq lazımdırvə normal istirahət etmək də vacibdir.SAqlamlığımızı qoruyanlarla əməkdaşlıq etmək lazımdır.Heyvanlardan insanlara keçən yolxucu xəstəliklərdən qorunmaq lazımdır .
Xəstəlik-narahatlıq .ağrılar . az yaşamaq .kədər iş qabiliyyətinin aşaqı düşməsi  kimi ba.a düşürəm
Qış mövsümündə tez -tez rast gəldiyimiz xəstəliklər bunlardır.Qrip .angina göy öskürək.qızılca , məxmərək .su çiçəyi və s
1-ci qrup Qrip xəstəliyinin elamətləri bunlardı `

Yüksək hərarət
asqırma .öskürmə,
Halsızlıq
Üşütmə
BAş ağrısı
İştahsızlıq
2.Qrüp Angina xəstəliyinin əlamətləri
Yeməkdən imtina etmə
zəiflik
HAlsızlıq
Boğazda quruluq
Baş ağrısı
Temperatur yüksəlir.
Sağlam həyat dedikdə  çox yaşamaq ,xoş ehval ruhiyyə ,xoşbəxt ailə ,işləmək ,Sevinc başa düşülür.

Monday, March 16, 2015

Sağlam həyat tərzi.

Böyük Azərbaycan  maarifpərvəri  Həsən bəy Zərrdabi deyirdi :"HƏR kəs xoşbəxt olmaq istəyirsə , həmişə gərək salamat olmaqa çalışsın.
Çünki xoşbəxtlik mal dövlət ilə deyil, bədənin sağlamlığı ilədir.Həzm etməyən  mədəyə  yara düşən ciyərə mal dövlətdən nə fayda ?"
Böyük Azərbaycan şairi Nizami Gəncəvinin belə bir beyti var.
Bədən_- sağlam olsa saf saf olar söz də
Süst adam Süst olar. bədəndə sözdə.
Sağlamlıq haqqında bir çox aforizmlər atalar sözləri hekayələr var,bu da onu göstərir ki ,sağlamlıq insan həyatı üçün vacib və labüddür.Sağlam olmaq üçün insan bir çox vacib amillərə əməl etməlidir.
 Bunlara  Sağlam qidalanma,gigiyenik qaydalara əməl etmək ,zərərli vərdişlərdən çəkinmək,xəstəliklərdən qorunma qaydalarina əməl etmək daxildir.Bütün bünları şagirdlərə aşılamaq hər bir müəlimin borcudur.
Deyirlər ki.sağlam olmağın birinci şərti  sağlam həyat tərzidir,Sağlam həyat tərzi necə olur?
Bəzi uşaqlar küçədə ayaqüstü qida qəbul etməyi vərdişə çevirmişlər.Amma küçədə ayaqüstü qidalanmaq orqanizm üçün zərərlidir.Nəzərə almaq lazimdir ki,vaxtı keçmiş şirniyyat və qənnadi məmulatlari,ərzaq məhsullari insanın zəhərlənməsinə,yaxud onun həzm  orqanlarinin xəstəliklərinə səbəb ola bilər.Təzə və faydalı qidalar qəbul etmək lazımdır.Ona görə də ərzaq alarkən onun son istifadə tarixinə baxmaq vacibdir.Qutunun,paketin üzərində ərzaqların yararllıq müddəti yazılıt.Köhnəlmiş ərzaq insanin orqanizminə ziyan vurur.Çünki köhnələndə ərzağın tərkibində orqanizm üçün zərərli maddələr əmələ gəlir.Bu dərman vasitələrinə də aiddir.Vaxtı ötmüş dərmanlar xəstəlik sağaltmaq əvəzinə onu daha da ağirlaşdıra bilər.Qida rejiminə əməl etmək,yani gündə ən azı üç dəfə stol arxasında əyləşib normal qidalanmaq  sağlamlığın vacib şərtlərindəndir.Bəzi uşaqlar gecədən xeyli keçənə qədər oyax qalir televizora baxmağa, yaxud komputer arxasinda əyləşməyə vərdiş etmişlər.Saatlarla hərəkətsiz oturmaq da insanın sağlamlığına çox ziyan vurur.Yuxu rejiminin pozulmasi isə orqanizimin yuxuya olan ehtiyacının  ödənməsinə mane olur.
İnsanin pis vərdişləri ona ziyan vurur.Amma çoxlari bilmir ki,onlarin pis vərdişləri yalniz onların özünə deyil,ətrafdakılara da zərər verir.Məsələn, gigiyena qaydalarina əməl etmədikdə asanliqla yoluxucu xəstəliklərə tutulmaq olur.Yolxucu xəstəliyə tutulmuş bir nəfərin ictimai yerlərdə olmasi isə onlarla sağlam adamin xəstələnməsinə şərait yaradir.

Payız vəqış aylarinda nazik geyinmək,dondurmayemək,soyuq su içmək angina və qrip kimi yoluxucu xəstəliklərə səbəb ola bilər.Soyuq havalarda yuyunub bayıra çıxmaq da soyuqdəymə ilə nəticələnə bilər.
Soyuqdəymə orqanizmin müqavimətini aşağı salır.Orqanizmin müqaviməti zəifləyəndə isə insan xəstəliklərə asanliqla yoluxur.Məsələn,elə insanlar var ki,onlar qriplə tez-tez xəstələnirlər.Elələri də var ki,onlar çox nadir hallarda bu xəstəliyə yoluxurlar.Bu o deməkdir ki, həmin insanların orqanizminin yoluxucu xəstəliklərə qarşı  müqaviməti  güclüdür .orqanizmin müqavimətini artırmaq sağlamlığın əsas şərtlərindən biridir. bundan ötrü  bədənin  möhkəmləsinin qayğısına qalmaq lazımdır.Kiçik yaşlarindan günə səhər gimnastikası ilə başlamığı vərdiş etmək faydalidir.Bu ,insanin iş qabiliyyətini artirir.
Sağlam həyat tərzinin çox yeməmək. yuxu rejiminə, şəxsi gigiyenaya əməl etmək ,orqanizmi  möhkəmləndirməkdən başqa da şərtləri vardir.Bunlar məişətdə,küçədə ehtiyatlı davranmaqla, təbii fəlakətlər və texnogen qəzalar zamani davranış qaydalari ilə bağlıdır.İnsanlar məişıtdə işlədilən qaz və elektrik avadanliqlarından,kəsici alətlərdən istifadə qaydalarina ,yol hərəkəti və nəqliyyatda davraniş qaydalariona, yol hərəkəti və nəqliyyatda daveranış qaydalarina mütləq əməl etməlidirlər.