Powered by Blogger.

Friday, April 3, 2015

31 Mart Azərbaycanlılarının Soyqırım Günüdür

1998-ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırım günü kimi qeyd edilir.Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində  baş vermiş faciəli hadisələrlə milli yaddaşın təzahürüdür.Azərbaycanlıların kütləvi şəkildə qərğını XX əsr tarixinin ən faciəli və dəhşətli səhifəlarindəndir.                                                                        "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər.Ermənilərin Bakıdan başlanan vəhşiliklləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi.Minlərlə yaşayış yerləri yerlə-yeksan edildi,milərlə azərbaycanlı günahsız yerə qətlə yetirildi.

Wednesday, March 25, 2015

Rasional qidalanma

Qidanin insan həyatında roluna ,əhəmiyyətinə dair təsəvvürlərin inkişaf etdirilməsi, rasional və üstunlükləri barədə  təsəvvürlərin  inkişaf etdirilməsiş.mükəmməl  qidalanmanın vacibliyi qidalanma rejiminin  zəruriliyi barədə inamın formalaşması.
Əsas qida  məhsulları barədə təsəvvürlərin aktuallaşdırılması. rasional qidalanma və ony=un  prinsiplərinə əməl edilməsinin üstünləkləri barədə təsəvvirlərin inkisaf etdirilməsi,qida rejiminə əməl edilməsi,vərdişlərinin möhkəmləndirilməsi
Ləvazimatlar:topvə yumuşaq oyuncaq vərəqlər ,flamasterlər,"İnsan nə yeyirsə,özü də odur.",plakatı ,"rasional qidalanma cədvəli"
Şagirdlər deyilənləri xüsüsi vurğulayib lövhədə dairənin mərkəzində"İnsan nə yeyirsə özü də podur"plakatı bərkidilir
İştrakçılar topu bir-birinmə ötürərək brelə bir suali cavablandirirlar."İnsanlar nə üçün yeyirlər?".Nəticə hasil edilirki ərzaq məhsullarinda əsas qida maddələri var:zülallar,yağlar,karbohidratlar,vitaminlər,minerallarvə maye.Bu maddələr insan bə\dəni üçün "tikinti materiali,enerji mənbəyi olmaq yanaşı,həmdə ,imunitetin bədəni müqavimeti gücləndirir.Bu işdə rasional qidalanma cədvəlindən istifade edilir.
"rasionalqidalanma"cədvəli
Əsas qida maddələri(ƏQM)
Əsas qida maddə rolu,əhəmiyyəti
Tərkibində qida maddələri olan ərzaq növləri
Şagirdlər aclığın və ya qidanin  tərkibində əsas qida maddələrinin olmaması  insan üçün nə üçün təhlükəli olduğunu (yeməksiz insan bir aydan sonra.  susuz isə bir həftədən sonra  həlak olur)müzakirə edirlər.Həddindən artyıq yeməyin ziyanı?(əgər qidalanma enerji qida ilə daxil olduqundan az sərf olunarsa .insanda piylənmə baş verər) .Şagirdlər 4 qrupa ayrılaraq hər 1 komanda  1 vərəq və flamesterv alaraq həftənin 7 günü  üçün birinci-səhər , 2 -ci günorta. 3-cü axşamüstü və 4-cü axşam və şam yeməkləri olmaqla 7 variantda siyahı menyu tərtib edirlər . həftəninin menyusu tərtib olunur.
Şagirdlər qruplara ayrılkaraq  həddindən artıq yeməyin ziyanı haqqında
şirniyyatdan çox istifadənin zərəri haqqında
 keyfiyyətsiz  və çirklənmiş məhsullardan istifadənin ziyanı
 natamam və yeknəsəq  qidalanmanın ziyanı barədə danışırlar.

Biz və bizim vərdişlərimiz (şəxsi gigiyena qaydaları)

Məqsəd:.Şəxsi gigiyena qaydaları  vərdişlərinin möhkəmləndirilməsi və təmizliyin .səliqəliliyin üstünlükləri barədə inamın qüvvətləndiriliməsi.
Vəzifələr:Gİgiyena haqqında təsəvvürlərin aktuallaçdırılması;şəxsigigiyena qaydalarına riayət edilməsinin zəruriliyinə inam;öz gigiyena vərdişlərinin dərk edilməsi və korreksiyası.
Ləvəzimat:Top və yumşaq oyuncaq, iki vərəq və flamasterlər.
Mənim əhvalimin rəngi tapşırığı.Sonra mən iştirakılara rənglənmiş "Mənim işçi" həftəm blanklarinin döşəməyə düzülərək müqayisə edilməsini təklif edir.Ən çox və ən az"Yüklənmiş" iştirakçılar müəyyənləşdirilir və onlar öz gün rejimlər barədə danışırlar
Arzu edənlər həftə ərzində öz güclərini necə bolüşdürdüklərini danışa bilərlər.Diqqət iştirakçıların gün rejimində olan  ümumiliklərə cəlb edilir .qeyd edilirb,ki onlar arsında şoxlu eyni vəzifələr və vərdişlər mövcuddur və bu səbəbdən  zəruriyət olduqda onlar bir birinə dəstək verə bilərlər.
Şagirdlər diqqətini vərdiş üzrə  yerinə yetirilən  .şəxsi gigiyena qaydalarına yönəldir.Şagirdlər dirə üzrə topu bir-birinə  ötürə-ötüeə "Gigiyena .............. deməkdir" ifadəsini  davam etdirirlər.
Hamı belə suallar üzərində düçünür: Nə ü.ün bütün insanlar ın gigiyenik vərdişləri var?
Gigiyena yalnız insanlardamı var?
Nə üçün bütün  canlıların gigiyenaya əməl etməsi zəruridir? Şagirdlər qruplara ayrılaraq "İdeyalar aüksionu "keçirirlər:Komandalar  növbə ilə bir şəxsi gigiyena qaydası söyləyir. Axırıncı düz cavab verən  komanda qalib gəlir. Sonra hər bir komanda bir vərəq alır və burada  daha tez -tez reklam edilən gfigiyena vasitələrinin adını yazaraq müzakirə aparırlar ,tövsüyyə olunan əlavələr daxil edilir.təkrarılar silinir və şəxsi gigiyena qaydalarının vahid siyahısı tərtib olunur.Alınan siyahı dairənin ortasına bərkidilir. .Şagirdlərə təklif olunur ki,insanlar  nə üçün bu qədər çoxlu gigiyena vasitələrinin lazım olduğunu müzakirə etsinlər.Şagirdlərin diqqətini ona yönəltmək lazımdır ki,şəxsi gigiyena qaydalarına əməl etnməyənlər çox zaman işlərində də  məsuliyyətsiz olurlar.Şagirdlərə təklif olunur ki.insanların gigiyenik vərdişlərinin  nədən asılı olduğu barədə  fikirləşsinlər(ənənələrdən , tərbiyədən vəs).Şagirdlər  topu bir -birinə ötürərək "Gigiyena ona görə vacibdir ki................) ifadəsini tamamlayırlar.
Şagirdlərə tapşırılır ki. evdə müzakirə edilsin ki. ailədə  bütün zəruri  gigyena qaydalarına  əməl edilirmi?